Hafiz Paşayev: "Azərbaycan diplomatiyası asan yol keçməyib"

08.07.2019 12:17     Sosreaksiya     1073

Azərbaycan diplomatiyası bugünkü günə çatana kimi asan yol keçməyib.
 
Reaksiya.az "Trend"ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, Xarici İşlər nazirinin müavini Hafiz Paşayev Azərbaycanın "Diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
H.Paşayev qeyd edib: "Ötən il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd etdik. ADA Universitetində bu münasibətlə müxtəlif tədbirlər keçirildi. Bu il isə biz Azərbaycn diplomatiyasının 101 illiyini qeyd edirik".
 
Xarici İşlər nazirinin müavini vurğulayıb ki, artıq 30 ildir ki, Azərbaycan beynəlxalq diplomatiyanın bir hissəsidir.
 
H.Paşayev əlavə edib ki, Azərbaycan diplomatiyası bugünkü günə çatana kimi asan yol keçməyib.
 
Qeyd edək ki, ADA Universitetində Azərbaycanın "Diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə konfrans keçirilir.
 
Tədbirdə Xarici İşlər naziri Elmar Məmmədyarov, dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri, Bakıda çalışan xarici diplomatlar iştirak edirlər.

Şərhlər