Kişilər sosial mediada daha çox vaxt keçirirlər.

12.08.2015 12:22     Sosreaksiya     2301

Türkiyənin Səhiyyə Nazirliyi və Qazi Universitetinin tibb fakültəsinin internet asılılığına aid apardığı iki fərqli araşdırma nəticəsində məlum olub ki, kişilər qadınlara nisbətən sosial mediadan daha çox istifadə edirlər.

Reaksiya.az xəbər verir ki, 100 min nəfər arasında sorğu keçirilib. Araşdırmalar nəticəsində müəyyənləşib ki, asılılıq nisbəti qızlarda 42%, oğlanlarda isə 58%- dir. İnternet asılılığı şəhərdə kəndə görə daha çoxdur

Qazi Universitetinin professoru Dr. Mustafa Elxan iştirakçıların 47,8%-i internetdən mütəmadi olaraq istifadə etdiyini, 26,5% -nin isə heç istifadə etmədiyini qeyd edib. İstifadəçilərdən 48,8% -i həftədə 0-9 saat, 30,3%-də 20 saatdan çox vaxtını internetdən istifadə edərək keçirir. Onlardan 34,4%-i sosial mediadan, 25,2%-i məlumat almaq, 13%-i isə oyun oynamaq üçün yararlanır. Ümumilikdə internet istifadəçilərinin 18%-inin asılı olduğu müəyyənləşib.

 

Şərhlər

Çox oxunanlar