Keçmiş qayınanası Gültəkin Hacıbəylidən 50 min dollar tələb edir - MƏHKƏMƏ İŞİ
28.08.2019 14:50 Sosreaksiya 913
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş millət vəkili Gültəkin Hacıbəyli ilə keçmiş qayınanası Nəhayət Məmmədova arasında pul və mülk davası ilə bağlı yeni detallar məlum olub.
“Yeni Sabah” xəbər verir ki, keçmiş qohumlar arasında artıq uzun müddətdir davam edən məhkəmə prosesinin səbəbi hələ evli olan zaman tərəflər arasındakı 50 min dollarlıq borc məsələsidir.
Lakin sonradan bəlli olub ki, alınan pul evin təmirinə xərclənməyib. Ümumiyyətlə, həmin mənzil təmir edilməyib və Hacıbəyli o evdə yaşamayaraq, anasının yanına köçüb. Mənzil isə kirayə verilib. Baş verənlərdən xəbər tutan N.Məmmədova o zaman deputat olan G.Hacıbəylidən pulu geri qaytarmağı tələb etsə də, buna nail ola bilməyib və iş məhkəməyə qədər gedib çıxıb.
O da ortaya çıxıb ki, G.Hacıbəyli hələ deputat olarkən qayınanasını məhkəməyə verərək ondan 20 min manat pul almağa nail ola bilib. Xəbərə görə, o, N.Məmmədovanın evində qeydiyyata düşmək və ya əvəzində qeyd olunan məbləğdə kompensasiya ödənilməsi ilə bağlı iddia qaldırıb. Maraqlıdır ki, məhkəmə deputatın iddiasını təmin edib və qayınana gəlininə əlavə olaraq 20 min manat da ödəməyə məcbur olub.
Şərhlər