TQDK müsabiqənin nəticələrini açıqlayacaq

12.08.2015 12:38     Sosreaksiya     1882

Azərbaycanda ali təhsil müəssisələrinin ixtisas seçimi müsabiqəsinin nəticələrinin bu gün axşam saatlarında elan edilməsi nəzərdə tutulur.

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə "Reaksiya"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, ixtisas seçimi avqustun 11-də saat 23:59-da başa çatıb. Ali məktəblərin I, II, III və IV ixtisas qrupları üzrə 36625 abituriyent, V ixtisas qrupu üzrə isə 8898 abituriyent qəbul olmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

İxtisas seçimi ərizələrini tələb olunan vaxtda təsdiqləməyən abituriyentlər ixtisas seçimi müsabiqədə iştirak edə bilməyəcəklər.

 

Şərhlər

Çox oxunanlar