Havanın temperaturu yenidən yüksəlir

12.08.2015 12:51     Sosreaksiya     1877

Bakı və Abşeron yarımadasında avqustun 13-də hava şəraitinin günəşli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosundan "Reaksiy.az"a verilən xəbərə görə, mülayim şimal-qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26, gündüz 33-38 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

 

Şərhlər

Çox oxunanlar