Nazir müavini: Şagirdləri uğurlu nəticə göstərməyən məktəblərlə bağlı tədbirlər görüləcək

04.09.2019 15:02     Sosreaksiya     755

Ümumtəhsil müəssisələrinin vəzifəsi məzunu ali məktəbə hazırlamaq deyil, onların qarşısında duran əsas vəzifə dövlət, cəmiyyət üçün sağlam vətəndaş yetişdirməkdir.

Oxu.Az xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında bildirib.

M.Vəliyeva qeyd edib ki, ali məktəbə qəbul olmayan şagirdlər buna səbəb kimi təhsil aldıqları məktəbi göstərirlər:

 

"Təbii ki, məktəb təlim-tərbiyə prosesini elə təşkil etməlidir ki, şagird gələcəkdə təhsilini davam etdirmək istəyində olsun. Bu işi lazımi şəkildə təşkil etməyi bacarmayan məktəblərlə bağlı Təhsil Nazirliyi ciddi tədbirlər görür. Növbəti dərs ilində bu ilin nəticələrinə əsasən şagirdləri uğurlu nəticə göstərməyən məktəblərlə bağlı müvafiq addımlar atılacaq".

Məktəbəqədər hazırlıq qrupları üçün pul yığılması məsələsinə gəlincə, nazir müavini bunun qanunsuz olduğunu vurğulayıb:

"Ölkə üzrə bu il qruplara 85 faiz uşaq qəbul olunacaq. Qruplar həftədə dörd dəfə olmaqla dövlət ödənişi hesabına təşkil olunur. Hər hansı ödəniş qanunsuzdur".

Reaksiya.az

Şərhlər