Gürcü baykerler Azərbaycana gəlir
12.08.2015 13:55 Sosreaksiya 2175

Gürcüstan baykerleri 28-30 avqustda Azərbaycanda keçiriləcək IV Beynəlxalq Qafqaz Moto Festivalında iştirak edəcəklər.
"Reaksiya.az" “Gürcüstan xəbərləri” -ə istinadən verdiyi məlumata görə, festivalda iştirak edənlər, ölkəmizə həm də turist qismində gələcəklər.
Qafqazın ən böyük Moto Festivalı Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə Olimpiya Kompleksində keçiriləcək.
Tədbir çərçivəsində sərgi-yarmarka da təşkil olunacaq. Sərgi-yarmarkada motobrendlər, moto və digər aksessuarlar, həmçinin, Azərbaycan mədəniyyətini əks etdirən əşyalar nümayiş olunacaq. Festival iştirakçılarına xüsusi turlar vasitəsilə gün ərzində şəhərin tarixi abidələrilə tanışlıq imkanı yaradılacaq.
Hər il olduğu kimi bu il də baykerlərin motosikletlərdə göstərdikləri əsrarəngiz şouları hamını heyran edəcək. Şəkidə çıxış edəcək dünya şöhrətli "Lady Qaqa", "Elvis Presli", "Beatles", "Kiss" qruplarının "tribute"ları isə festivala xüsusi rəng qatacaq. Unudulmaz gecə yerli müğənnilərin ifası, xarici DJ-lərin çoşduran musiqiləri ilə davam edəcək.
Moto Festivala motobrendlər, motoklublar, moto mədəniyyət aləmi ilə maraqlananlar, ümumiyyətlə, maraqlı gün keçirmək istəyən hər kəs qatıla bilər. Bir sözlə, Motofest bol əyləncə, "test ride", adrenalin və azadlıq ruhunu hiss etmək istəyən hər kəs üçündür. Festivalda iştirak etmək pulsuzdur.
Şərhlər