Rusiya hərbçisinə hökm oxunacaq

12.08.2015 14:18     Sosreaksiya     1737

Ermənistanın Gümrü şəhərində bir erməni ailəsini qətl edən Rusiya hərbçisinin məhkəməsi başlayıb."Reaksiya.az"ın “news.am”a istinadən verdiyi məlumata görə, Gümrü qarnizonun daxil olduğu Rusiya Federasiyasının Cənub Hərbi Dairəsində keçirilən məhkəmə iclasında Valeriy Permyakov fərarilik və hərbi hissəni qanunsuz olaraq silahla tərk etmə ittihamlarının bir hissəsini boynuna götürüb. 

O istintaq zamanı verdiyi ifadələri təsdiqlədiyini deyib. Lakin məhkəmədə sualları cavablandırmaqdan imtina edib.

Məhkəmənin yaxın müddətdə qərar çıxaracağı bildirilir. Valeri Permyakovun 10 il azadlıqdan məhrum ediləcəyi gözlənilir. Xatırladaq ki, fərarilik və hərbi postu silahla tərk etdiyi üçün ittiham olunan Valeri Permyakov bu ilin yanvar ayında Gümrüdə yaşayan Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirmişdi.

 

Şərhlər

Çox oxunanlar