"Qaz" qalmaqalı böyüyür - FOTOLAR

12.08.2015 14:42     Sosreaksiya     2125

Sabiq millət vəkili Nazim Məmmədovla  Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli arasında yaranmış qalmaqalla bağlı Reaksiya.az-a müraciət daxil olub.

Avrasiya Universiteti Mətbuat və İnformasiya şöbəsinin müdiri Şəfayət Əliyev tərəfindən ünvanlanan müraciətdə bildirilir ki, bu münaqişə öz məcrasından çıxmaqdadır: “Çox təəssüf edirəm ki, münaqişəni başlayan tərəf olan sabiq millət vəkili etdiyi səhvləri indi ört-basdır etməklə məşğuldur. Gədəbəyin Şınıx bölgəsinə təbii qaz çəkilməsi və yolların asfaltlanması 2013-ci ildə həyata keçirilib.

O zaman Nazim Məmmədov millət vəkili deyildi, hökümətə qarşı hədyanlar yağdırmaqla məşğul idi. Yenə deyirəm, nə rektor, nə də millət vəkili təbii qaz çəkdirən deyil. Əgər Nazim Məmmədov qaz çəkdirən idisə, Şınığın digər kəndlərinə də təbii qaz çəkdirərdi. Mən də deyirəm ki, məsələ qaz məsələsi deyil. Nazim Məmmədovun bu cür parodiyaları sadəcə seçkilərə bir işərədir. O ki qaldı mənimlə bağlı işlətdiyi ifadələrə, gərək o bunlara yol verməyəydi. Universitetlə bağlı yazdığı statuslara cavab alıb. İstərsə yenə cavablandıraram. O, seçki ərəfəsi qalmaqalla özünü yada salmaq istəyir və bunu professorun üzərindən edir. Öz statuslarında mənim haqqında yazdığı hədələri dərc edirəm və bir jurnalist olaraq lazımi orqanlara çatdıracam. Mən Araşdırmaçı Jurnalistlər Liqasının baş katibiyəm və bütün prosedurlardan istifadə edəcəyəm. Onun tək bir yolu var, “üzr istəmək”. Nazim Məmmədov son yazdığı statusla nə demək istədiyini yaxşı bilir. Mərhum jurnalist Rasim Əliyevin ölümünü dolayısı ilə mənə misal çəkir”.

Şərhlər

Çox oxunanlar