1 terrorçu öldürüldü, 20 terrorçu isə təslim oldu

12.08.2015 15:08     Sosreaksiya     1734

 
"Reaksiya.az" saytının Türkiyə qazetesinə istinadən verdiyi xəbərə görə, Baş qərargah Rəhbərliyi, Şırnak, Hakkari və Bingöldə 20 terrorçunun təslim olduğunu, İğdırda çıxan qarşıdurmada bir terrorçunun öldürüldüyünü açıqlayıb. Baş qərargah rəhbərliyinin internet saytında etdiyi açıqlamada bildirilib:
 
"İğdır vilayətində polis əməkdaşları tərəfindən həyata keçirilən tələ dinləmə fəaliyyəti əsnasında, polis əməkdaşları ilə Separatçı Terror təşkilatı mənsubu bir qrup terrorçu arasında baş verən silahlı münaqişədə bir terrorçu ölü olaraq ələ keçirilib. Ardınca, saat 16:05 radələrində Separatçı Terror Təşkilatı mənsubu bir qrup terrorçu tərəfindən, 10 maşın dayandırılaraq, Iğdır-Doğubayazıt avtomobil yolu kəsilib və bir yük avtomobili yandırılıb. Hadisə zamanı bölgəyə gələn polis əməkdaşlarını görən Separatçı Terror Təşkilatı mənsubu terrorçular hadisə yerindən qaçıb. 20 terrorçu isə silahsız və təchizatsız olaraq təhlükəsizlik qüvvələrinə təslim olub".

Şərhlər

Çox oxunanlar