Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı TƏKLİF
13.11.2019 14:01 Sosreaksiya 606
Azərbaycanda tələbə yataqxanalarının tikilməsi ilə bağlı təklif irəli sürülüb.
Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov bununla "Tik-idarə et-təhvil ver" (TİT) modelindən istifadəni məqsədəuyğun hesab edib.
V.Ələsgərov bildirib ki, bu modellə bağlı 2016-cı ildə Milli Məclis tərəfindən qanun qəbul olunub. Vitse-spiker bildirib ki, dünyanın bir çox ölkələrində bu modeldən səmərəli istifadə olunur, körpülər, tunellər hava limanları tikilir.
Vitse-spikerin sözlərinə görə, Milli Məclis bu qanuna əlavə edərək tələbə kampuslarının tikilməsi üçün qanunvericilik bazası yarada bilər:
"Tələbə yataqxanaları ilə bağlı məsələ bu yolla daha tez həll oluna bilər. Təklif edirəm ki, Təhsil və Maliyyə Nazirlikləri ilə birgə bununla bağlı müəyyən mexanizm hazırlayaq”.
Şərhlər