Moskva Birjasında əməliyyatlar dayanıb
12.08.2015 15:14 Sosreaksiya 2393

Rusiyanın RBK xəbər agentliyinə görə Moskva Birjasında əməliyyatlara yerli vaxtla 11.23 – də 27 dəqiqəliyinə fasilə verilib.
Reaksiya.az xəbər verir ki, Moskva Birjasından verilən açıqlamada da əməliyyatlara fasilə verilməsinin səbəbinin telekommunikasiya təchizatında yaranan bir səhvdən qaynaqlandığını ifadə ediblər.
Əməliyyatların yerli vaxtda 11.50 – də yenidən başladığı Moskva Birjasında axırıncı dəfə iyunun sonunda proseslərə texniki səbəblərdən dolayı 5 dəqiqəliyinə ara verilmişdi.
Şərhlər