MTRŞ sədri ATƏT-in nümayəndələri ilə görüşüb

12.08.2015 15:28     Sosreaksiya     1760

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Seçki Bölməsinin baş məsləhətçisi Riçard Lappin və məsləhətçi Radiovoe Qruiçi qəbul edib.

MTRŞ-dan "Reaksiya.az"a verilən xəbərə görə, N. Məhərrəmli MTRŞ-nın məqsəd və vəzifələri, funksiyaları barədə qonaqları məlumatlandırıb.

Görüşdə televiziya və radio yayımında seçkiqabağı təbliğat və təşviqat kampaniyasında siyasi reklamın yayımı ilə bağlı məsələlər müzakirə edilib. 

Görüşdə N. Məhərrəmli qonaqları maraqlandıran sualları cavablandırıb.

 

 

Şərhlər

Çox oxunanlar