Con Kerrinin elektron poçtuna ruslar müdaxilə edib?

12.08.2015 15:40     Sosreaksiya     2124

ABŞ dövlət katibi Con Kerii onun elektron poçtuna Rusiya və Çin tərəfindən müdaxilə olunduğunu açıqlayıb.

"Reaksiya.az" bildirir ki, o deyib: “Təəssüflər olsun ki, yaşadığımız dünyada Rusiya və ABŞ da daxil olmaqla, bəzi ölkələr daim kiber hücumlar təşkil edirlər. Bu da Amerikanın maraqlarına və hökumətinə ziyan vurur. Biz bu məsələni hətta, Çin ilə dialoqda da ciddi səviyyəyə qaldırmışıq." 

C.Kerri verdiyi açıqlamalarda Rusiyanı ABŞ hökumətinə qarşı kiber hücumda günahlandırıb. 

Bundan əvvəl, hökümət Rusiya hakkerlərindən şübhələnirdilər. Xüsusən, ABŞ Müdafiə Nazirliyinin elektron poçtu sisteminə nüfuz etməsində onların adları çəkilirdi.

Pentaqon nümayəndələrindən biri Rusiya hakkerlərini “əsas şübhəlilər” adlandırıb. Lakin tam olaraq, bunu sübut etmək üçün istintaqın başa çatması lazımdır, buna isə kifayət qədər vaxt tələb olunur.

Əsas kiber hücum bu il iyulun 25-də ABŞ hərbi və mülki orqanlarının kompüterlərinə olunub. Hücum aşkarlandıqdan sonra bütün elektron poçt sistemi fəaliyyətini dayandırıb. 


Con Kerri - ABŞ dövlət katibi

Şərhlər