Saxta miqrasiya sənədlərini kim düzəldir? - Əsas məsələ budur

22.11.2019 13:01     Sosreaksiya     759

Məlum olduğu kimi noyabrın 14-dən etibarən Almaniyada polislər qanunsuz miqrantlarla bağlı əməliyyat keçirir. Qanunsuz miqrantlar Almaniyadan çıxarılır. Onların içərinsində 100-lərlə Azərbaycan vətəndaşı da var ki, verilən məlumatlara görə 61 miqrant deportasiya olunub, bir çoxlarının məhkəməsi gedir. Qərar veriləcəyi təqdirdə onları da deportasiya gözləyir.
 
Azərbaycandakı bəzi müxalif siyasi partiyaların və polisin adından saxta sənədlər tərtib edərək pul müqabilində miqrantlara verib. Problem bu gün də aktual olaraq qalır və sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. 
 
Qanunsuz miqrasiya ilə məşğul olanların qanunvericiliklə cəzalandırılmasına dair Sherg.az-a açıqlama verən hüquqşünas İradə Cavadova bildirib ki, saxta sənədlər hazırlayan şəxslər müvafiq qaydada cəzalanırlar:
 
“Təəssüf ki, soydaşlarımız Almaniyada qanunsuzluğa yol veriblər. Amma yalnız Azərbaycandan gedən miqrantlar saxlanılmayıb. Məlumdur ki, bir çox ölkələrdən olan şəxslər Avropada yaşamaq üçün qanunsuz şəkildə başqa ölkələrə gedirlər. Belə miqrantların bir çoxları xarici ölkələrə saxta sənədlə üz tutur. Onlar həmçinin müəyyən statuslar əldə edirlər. Belə məqamlar yalnız Azərbaycana aid deyil. Bir çöx ölkələrdə var, ömür boyu olub və yəqin ki, bundan sonra da olacaq. Təbii ki, burada əsas məsələ saxta sənədlə bağlıdır. Saxta sənədləri kim düzəldir? Əsas məsələ budur.
 
 

İradə Cavadova: "Bəzi insanlar Avropa ölkələrinə gedib deyirlər ki, bizim heç bir sənədimiz yoxdur və səndələrimizi itirmişik"

 
Miqrantlar sənədlərinin saxta olduğundan xəbərsiz olduqlarını deyirlər. Təbii ki, səmimi deyillər. Çünki hansısa şirkət və yaxud firmalar sənədləri düzəltdiyi zaman həmin şəxslərdən müəyyən sənədlər istəyirlər. Məlumdur ki, qanunvericilikdə birmənalı olaraq miqrasiya etmək üçün müəyyən sənədlər tələb olunur. Bir də var ki bəzi insanlar Avropa ölkələrinə gedib deyirlər ki, bizim heç bir sənədimiz yoxdur və səndələrimizi itirmişik. Təbii ki, bu zaman məsuliyyət tam olaraq onların üzərinə düşür. Amma sırf hansısa sənədlərlə gedirlərsə və saxtalaşma baş veribsə, əlbəttə bu prosesin əsas iştirakçıları məsuliyyət daşıyırlar”.
 

Şərhlər