Ağacan Abiyev növbədənkənar parlament seçkilərində namizəd olmayacağını açıqlayıb
28.11.2019 15:18 Sosreaksiya 833
“Növbədənkənar parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyimi irəli sürməyəcəyəm”.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Ağacan Abiyev deyib.
Deputat Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının parlamentin buraxılması barədə təşəbbüsünü düzgün adlandırıb: “İstər 5, istər 10, istərsə də 15 il olsun, hesab edirəm ki, dinamik dəyişmə olmalıdır. Dinamik dəyişmə tez-tez olursa demək ki, hərəkətlidir. Dinamika yüksək olan yerdə böyük dəyişikliklər ola bilər”.
Şərhlər