"Autizmin səbəbi elmə məlum deyil"

12.08.2015 17:42     Sosreaksiya     1280

“Autizmin səbəbi elmə dəqiq məlum deyil".

Bu sözləri klinik psixoloq Sabiqə Əhmədova deyib.

O, “Reaksiya”ya açıqlamasında bildirib ki, bu xəstəliklə bağlı araşdırmanın aparılması hələ səbəbin məlum olduğundan xəbər vermir: "Müxtəlif səbəblər irəli sürülsə də tam bəlli deyil”.

Qeyd edək ki, Fransa və Amerika alimlərinin apardığı araşdırmada beyinin formalaşmasında rol oynayan bir zülalın kifayət qədər işləməməsinin autizmə yol aça biləcəyini üzə çıxarıb.

Beyinin inkişafının ilk mərhələsinə "şahidlik edən" burundakı gövdə hüceyrələri araşdırılıb. Autizmi olan 11 nəfərdən 9-da MOCOS adı verilən zülalı kodlaşdıran genin öz işini lazımi qədər yerinə yetirmədiyi ortaya çıxıb.

İmmun sistemi ilə bağlı olan həmin zülalın beyinin quruluşu və inkişafında vacib rol oynadığı nəticəsinə gələn alimlər bu araşdırmanın autizmin tez başa düşülərək diaqnoz və müalicə metodlarının inkişafına böyük kömək olduğunu vurğulayıblar.

 

Şərhlər

Çox oxunanlar