Daha bir jurnalist ölümlə hədələndi

12.08.2015 17:45     Sosreaksiya     1824

Azərbaycanda daha bir jurnalisti ölümlə hədələyiblər.

"Reaksiya.az". xəbər verir ki, bu barədə “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər sosial şəbəkədə yazıb. O, qəzetində Azərbaycandakı radikal dinçilərdən Əlixan Musayevlə bağlı yayımlanan yazıdan sonra özünü Vəli Şükürov kimi təqdim edən şəxs tərəfindən hədələndiyini bildirib: “Həmin şəxs gecə saat 23:14-də zəng edərək “ikinci dəfə qəzaya düşər və sağ çıxa bilməzsən, ölüm səni hər an haqlaya bilər” deyə, məni hədələyib. Bu şəxs “get hara şikayət edirsən et” deyərək, açıq kontekstdə öldürülməklə təhdid edib. Həmin şəxsin mənimlə danışığı və zəng etdiyi nömrə başıma gələ biləcək təhlükə səbəbindən etibarlı dostlarda qorunur və hüquq mühafizə orqanlarına təqdim etməyə hazıram”.

A.Ələsgər onu hədələyən şəxsi araşdırdığını deyib: “Öncə bunun sözlü təhdid olduğu qənaətindəydim ki, buna alışmışıq. Lakin bu şəxsin Əlixan Musayev adlı radikal dinçinin çox yaxını olduğunu və ona görə istənilən addımı ata biləcəyini öyrəndim”.

Jurnalist özünün və ailəsinin təhlükəsizliyi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini qeyd edib: “Çünki bu gün jurnalistləri öldürmək üçün təcrübəli qanqsterlərə ehtiyac yoxdur, 20-21 yaşlı üç beş gəncin beynini yumaq kifayətdir”.

 

Şərhlər

Çox oxunanlar