Hafiz Paşayev: “20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyinin bərpasında böyük rol oynayıb”
17.01.2020 13:39 Sosreaksiya 1358
“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyinin bərpasında böyük rol oynayıb”.
“Report” xəbər verir ki, bunu ADA Universitetinin rektoru Hafiz Paşayev ADA Universitetində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfransda deyib.
“Azərbaycanın müstəqillik hərəkatı ilə bağlı həqiqətləri amerikalılara çatdırmaq çox vacib idi. Onlar bu mövzuya çox dərindən yanaşdılar. 1990-cı ilə qədər amerikalılar Azərbaycan haqqında çox şey bilmirdi və o hadisələr zamanı baş verənlər haqqında çoxlu yalan məlumatlar var idi", - H.Paşayev bildirib.
Şərhlər