Şəkidə seminar keçirildi - FOTOLAR
12.08.2015 17:59 Sosreaksiya 1390

“Təmiz Düya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə “İnsan alveri ilə mübarizədə potensialın artırılması” layihəsi çərçivəsində Şəki şəhərində nəzərdə tutulan sonuncu tədbiri keçirib.
Birlikdən Rekasiya.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən seminarda müəllimlər, mədəniyyət işçiləri, ictimai aktiv gənclər, kitabxana işçiləri iştirak ediblər.
Seminar ştirakçılarına insan alveri probleminin tarixi kökləri, Azərbaycanda insan alveri ilə mübarizənin hüquqi əsasları, insan alveri təhlükəsindən qorunma yolları barədə məlumat verilib.
Axşam isə “Səs” qrupunun iştirakı ilə Heydər Əliyev parkında məlumatlandırma kampaniyası və konsert təşkil edilib. Konsertdə xalq mahnıları yeni oranjimanda və vətənpərvərlik mahnıları ifa ediib.
Tədbir Şəki şəhər icra hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə keçirilib.
Şərhlər