Azərbaycanlı İrəvanda meydan oxudu: DTX hanı?
26.02.2020 14:28 Sosreaksiya 1365
Bir qrup azərbaycanlı İrəvanda çəkiliş aparıb.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Ermənistan paytaxtının zəif işıqlandırılması, dağılmaq təhlükəsi altında olan yaşayış binaları əksini tapıb.
“Biz indi qədim Azərbaycan şəhəri olan İrəvandayıq. Uşaqlar, sevimli Bakımızdan fərqli olaraq, sizdə zəif işıqlandırılma var. Erməni xüsusi xidmət orqanları, nədənsə, çox pis işləyirsiz. Bu kimdir? (qarşıdakı heykəli göstərir - red) Hətta işıqlandırmırlar ki, bunun kim olduğunu bilək”, - videoda qeyd olunub.
Qeyd edək ki, çəkiliş aparanlar üçüncü ölkənin vətəndaşı olan azərbaycanlılardır. Videonun sosial şəbəkələrdə məşhurluq qazanmasından sonra ermənilər təşvişə düşüb. Hətta çəkilişin müəllifini Azərbaycan xüsusi xidmət orqanlarının casusu olmaqda ittiham ediblər.(axar)
Şərhlər