Çində güclü partlayış - YENİLƏNİB - VİDEO
13.08.2015 09:17 Sosreaksiya 2019

Çinin Tyantsin şəhərində yanacaq anbarında baş verən partlayış nəticəsində ölənlərin sayı 42-yə çatıb.
Reaksiya.az “Sina” agentliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb edilmiş 20 yanğınsöndürənin taleyi məlum deyil.
İtkin düşmüş yanğınsöndürənlərlə əlaqə təkrar partlayışdan sonra kəsilib.
00:39
Çinin liman şəhəri Tyantsində güclü partlayış baş verib, ən azı 50 nəfər xəsarət alıb.
Reaksiya.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, partlayış yerli vaxtla saat 23:30-da baş verib. İlkin məlumata əsasən, hadisə tez alovlanan maddələrin partlaması nəticəsində baş verib.
Hadisə ilə bağlı bir sıra KİV-lər şəhər xəstəxanalarına 300-400 nəfərin çatdırılması barədə məlumat yayıblar.
Şərhlər