ABŞ-da yeni növ koronavirusa qarşı vaksinin sınaqdan keçirilmə vaxtı açıqlanıb

03.03.2020 12:59     Sosreaksiya     6490

Amerikanın farmakoloji şirkətləri koronavirusa qarşı vaksinin klinik təcrübəsinə yaxın altı həftədə başlaya bilərlər.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens söyləyib. O, jurnalistlərə deyib: “Diqqətəlayiqdir ki, vaksinin olacağı istisna deyil və altı həftə ərzində klinik sınağa yönləndiriləcək”. Lakin ekspertlərə istinad edən Mayk Pensin etirafına görə, çətin ki, vaksin bu ilin sonuna və ya gəlin ilin əvvəlinə əlçatan olsun. İnsanların vəziyyətini yüngülləşdirən profilaktik dərmanlara gəldikdə isə onlar bu ilin yayında və ya payızın əvvəlində əlçatan olacaq.

Mayk Pens bildirib ki, şirkətlər informasiya mübadiləsi və birgə işləmək üçün konsorsium yaradıblar.

Son məlumata görə, ABŞ-da koronavirusa 43 nəfər yoluxub, 6 nəfər xəstəlikdən ölüb.

Reaksiya.az

Şərhlər