TƏBİB: Koronavirusdan ölüm olsa, ictimaiyyət dərhal məlumatlandırılacaq
05.03.2020 12:50 Sosreaksiya 6560
"Koronavirusla bağlı ölkədə ölüm faktı olsa, ictimaiyyət dərhal məlumatlandırılacaq. Hazırda ölkədə cəmi 3 koronavirusa yoluxan şəxs var və onların da vəziyyəti stabildir".
"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
O, vətəndaşlara müraciət edərək qeyd edib ki, ancaq rəsmi məlumatlara istinad edilsin.
Şərhlər