Lider TV-nin prezidenti danışdı: Nə baş verir?
11.03.2020 13:51 Sosreaksiya 5450
Ötən gün axşam saatlarından etibarən Lider TV-nin yayımının dayandırılması ilə bağlı Milli Televiziya və Radio Şurası da münasibət bildirib.
Axar.az xəbər verir ki, qurumun yayım və texniki xidmət üzrə əməkdaşı Fikrət Xuduzadə Trend-ə, MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev isə Report-a açıqlama verərək, Lider TV-nin bağlanmasını təkzib ediblər. MTRŞ üzvləri kanalda texniki problenlər olduğunu, o problemlər aradan qalxdıqdan sonra yayımın bərpa olunacağını bildiriblər.
Əlbəttə, Lider TV-nin bağlanması haqda nə məhkəmə tərəfindən qərar çıxarılıb, nə də MTRŞ yayım tezliyini ləğv edib. Sadəcə, kanal rəhbərliyi məlum səbəbdən ötən gün bu addımı atıb və əməkdaşlarına bugündən işə gəlməmək barədə xəbərdarlıq edib.
Qeyd edək ki, Lider TV-nin departament rəhbərləri belə mövzu ilə bağlı açıqlama verməkdən imtina ediblər. Onlar bu mövzuda danışmağa səlahiyyətlərinin olmadığını bildiriblər.
Şərhlər