“Evdə qal, cəmiyyəti qoru”
29.03.2020 13:44 Sosreaksiya 5561
“Mədəniyyətin və Milli Ənənələrin Təbliği” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə həyata keçirdikləri “Evdə qal, cəmiyyəti qoru” kampaniyasını dəstəkləyir. İctimai Birliyin sədri Büllur Məmmədova bildirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının və REAL TV-nin birgə həyata keçirdikləri kampaniya, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüslərinə çox ciddi və bariz dəstəkdir. Büllur Məmmədova vurğulayıb ki, müasir dövrün reallıqları baxımından və dünyanı cənginə almış koronavirusun yeni “COVİD-19” növünün pandemiyası ilə əlaqədar həyati vacib əhəmiyyət daşıyan bu monitorinq və məlumatlandırma kampaniyasını hərtərəfli dəstəkləmək və buna qoşulmaq hər bir insanımızın vətəndaşlıq borcudur. Büllur Məmmədova demişdir:
“Milli təhlükəsizliyimizin bütün komponentlərinin – dövlətimizin, cəmiyyətimizin, insanlarımızın təhlükəsizliklərinin yüksək səviyyədə təmin olunması nəticədə xalqımızın bu sınaqdan da alnıaçıq çıxacağı deməkdir. Buna nail olmaq üçün QHT-lərə Dövlət Dəstəyi Şurasının və REAL TV-nin birgə həyata keçirdikləri “Evdə qal, cəmiyyəti qoru” monitorinq və məlumatlandırma kampaniyası mühüm əhəmiyyətə malikdir. Çünki bu işdə əhalinin maarifləndirilməsi və ictimai nəzarətin geniş miqyasda reallaşdırılması vacibdir. Əminəm ki, bu vəzifənin öhdəsindən layiqli şəkildə gələcəyik və qısa zamanda üzləşdiyimiz problemlərdən qurtulacayıq. Hər birimiz bilməli və dərk etməliyik ki, bu monitorinq və məlumatlandırma kampaniyası milli maraqlarımıza xidmət edir.”
Şərhlər