DTX-nın əməliyyat keçirdiyi İH: başçının mülkləri - Siyahı - VİDEO
05.05.2020 13:55 Sosreaksiya 1495
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti hazırda İmişli rayon İcra Hakimiyyəti binasında əməliyyat keçirir.
Axar.az xəbər verir ki, DTX-nın keçirdiyi əməliyyatda icra başçısı Vilyam Hacıyev və daha bir neçə şəxsin saxlanıldığı bildirilir.
Qeyd edək ki, V.Hacıyev vaxtaşırı olaraq medianın və blogerlərin gündəminə gəlib. Onun ən sərt tənqidçisi isə qohumu, Müasir müsavat partiyasının sədri Hafiz Hacıyevdir.
Xüsusilə V.Hacıyevin kirayədə qaldığı barədə ötən il məlumat yayıldıqdan sonra onun sərvəti haqda mediada məlumatlar tirajlandı.
İcra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda böyük biznesi olduğu da qeyd edilmişdi.
V.hacıyevə aid olduğu iddia edilən və bir neçə dəfə mediada yayılan mülkləri bir daha təqdim edirik:
* Bakıda, Həsən Əliyev küçəsində villa
* “Sahil” metrostansiyası üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil
* Nərimanov rayonu, S.Rəhman küç. ev 45 ünvanında mənzil
* Teymur Əliyev küç. "Milyonçular məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa
* İmişli rayonunda, H.Əliyev küç. ev 126 ünvanında mənzil
* Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil
* Dubayda biznesi
* Qazaxıstanda tikinti biznesi
* 10 PP 369 dövlət nömrə nişanlı “Bentli”
* 10 PP 369 nömrə nişanlı “Lənd Rover”
* 90 AA 369 dövlət nömrə nişanlı “Mersedes S Klass”
* Son model "Mersedes Gelandevagen".
V.Hacıyevin İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri olduğu da iddia edilib.
Şərhlər