İcra başçısı bacanağına vəzifə verdi

02.06.2020 11:46     Sosreaksiya     931

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov işdən çıxarılan bacanağına vəzifə verib.

Reaksiya.az Unikal.org-a istinadən xəbər verir ki, İlqar Abbasovun əmri ilə Etibar Səlim oğlu Yolçuyev Şirvan Şəhər İcra Hakimiyyəti başçısının köməkçisi təyin edilib.

Qeyd edək ki, E.Yolçiyev başçının bacanağıdır və İlqar Abbasov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən müavini olub.

Reaksiya.az

Şərhlər