Həftəsonu küçəyə çıxma qadağası tətbiq ediləcək
04.06.2020 11:57 Sosreaksiya 759
Son günlər ölkə ərazisində koronavirusun yayılmasında yoluxmanın dərəcəsinin artması müşahidə olunur. Yoluxma və sağalma arasında fərq artmaqdadır.
Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın dünən keçirilən brifinqində deyib: "Əsas səbəb vətəndaşların karantin rejiminin qaydalarına əməl etməmələridir. Koronavirusinfo.az saytına xeyli müraciətlər var, karantin rejimin pozulması ilə bağlı. Bu səbəbdən karantin rejiminin yumuşaldılması dayandırılır və yenidən sərtləşmə qaydaları müzakirə olunub" .
O bildirib ki, TƏBİB vəziyyətlə bağlı Operativ Qərargaha müraciət edib: "Sərtləşdirmə ilə bağlı məsələ müzakirə olunub. Cümə günündən hərəkətin məhdudlaşdırılması ola bilər. Küçəyə çıxma qadağası tətbiq olunacaq, hərəkətin tam məhdudlaşdırılması rejiminin yaradılması planlaşdırılır".
İbrahim Məmmədov bildirib ki, sabah Operativ Qərargahın rəhbəri Əli Əsədov ətraflı məlumat verərək.
Şərhlər