Aqil Abbas Şuşanın yubileyini keçirməyi təklif etdi

05.06.2020 11:52     Sosreaksiya     1093

Milli Məclisin iclasında deputat Aqil Abbas Qarabağla bağlı vacib bir məsələyə diqqət çəkdi. O, Şuşa şəhərinin 270 illiyinin keçirilməməsi ilə bağlı iradlarını səsləndirdi. "Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək"-deputat bildirdi.

Aqil Abbas çıxışı zamanı Tarix institutunu tənqid edərək qeyd etdi ki, akademiyanın Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb. 

Onun fikrincə, ən azından Şuşanın Bayat kəndinin tarixi ilə bağlı məlumatlar çatdırılmalıdır.

"Ancaq təəssüf edirəm ki, bizdə bunu da etmirlər",-deyə A.Abbas əlavə etdi. A.Abbas bildirdi ki, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu Qarabağ xanlığının ildönümünü heç yada salmayıb.

Onun fikrincə, ən azından Şuşanın Bayat kəndinin tarixi ilə bağlı məlumatlar çatdırılmalıdır. "Ancaq təəssüf edirəm ki, bizdə bunu da etmirlər. Qarşıdan Şuşanın 270 illiyi gəlir. Ancaq bu məsələ barədə məlumat yoxdur. Təklif edirəm ki, Şuşanın ildönümünü qeyd edək", -deputat dedi.

Reaksiya.az

Şərhlər