Vahid Əhmədov: "Qubada belə bir ciddi hadisə baş vermişdi, qarşısını çətinliklə ala bildik”

05.06.2020 13:39     Sosreaksiya     2101

Milli Məclisin iclasında çıxış edən deputat Vahid Əhmədov bəzi regionlarda örüş yerləri, yaylaqlarla bağlı problemlərdən bəhs etdi.

Deputat dedi ki, torpaq islahatları həyata keçirilən zaman Nazirlər Kabineti örüş yerlərinin bölüşdürülməsini yerli İcra Hakimiyyətlərinə tapşırıb: "Həmin örüş yerləri də kənar insanlara verildi. Yerli əhaliyə örüş sahəsi çatmadı. Bəzi rayonlarda bununla bağlı çox ciddi problemlər var. Hesab edirəm ki, biz bununla bağlı xüsusi qanun layihəsi qəbul etməliyik. Ya da Baş Nazir qərar verməlidir. Bu məsələ ilə məşğul olmaq lazımdır. Elə yerlər var ki, bu məsələdə ciddi qarşıdurma yaranır. Çünki bu sahələrin sahiblərinin yuxarıdan dəstəkləyənləri var. Bu yaxınlarda Qubada belə bir ciddi hadisə baş vermişdi. Biz bunun qarşısını çətinliklə ala bildik”.

Deputat hökumətə xitabən bu problemin həllinə çağırış etdi.(musavat)

Reaksiya.az

Şərhlər