Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
09.06.2020 12:07 Sosreaksiya 744
“Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələrinin müzakirəsini yəqin ki, Milli Məclisin növbədənkənar sessiyasında da çatdıra bilməyəcəyik”.
Bunu “Report”a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
“Qanun layihələri barədə isə sizə payız sessiyasında geniş məlumat verəcəm”.
Qeyd edək ki, “Daxili qoşunlar haqqında” və “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələri Milli Məclisin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmişdi.
Şərhlər