Bakıda yataq xəstəsi intihar edib

09.06.2020 15:25     Sosreaksiya     865

İyunun 8-də Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Saat 09:00 radələrində Bünyadzadə küçəsində yaşayan 1955-ci il təvəllüdlü Vahid Həsənovun qohumları onu venaları kəsilmiş vəziyyətdə tapıblar. Kişi 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və orada iki saat sonra qanaxmadan ölüb.

V.Həsənov bronxial astmanın ağır formasından əziyyət çəkib və yataq xəstəsi olub.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər