Sosial şəbəkələrdəki bu qrup nəzarətə götürüldü – DİN
10.06.2020 11:47 Sosreaksiya 796
asamalda polisin keçirdiyi əməliyyatdan sonra ölkədə bəzi şəxslərin sabitliyi pozmaq istiqamətində atdığı addımlar tam nəzarətimizdədir.
Bunu Axar.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.
O qeyd edib ki, baş verən hadisələrlə bağlı araşdırmalar davam edir:
“Sosial şəbəkələrdə dövlətçiliyimiz, millətimiz əleyhinə provokativ xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi bizə məlumdur. Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə təşkilatlanmış qrupun cəmiyyətdə aqressivliyi artırmaq üçün bütün vasitələrdən istifadə etdiyi haqda məlumat vermişdik.
Şərhlər