Vahid Əhmədov hüquq mühafizə orqanlarına müraciət etdi

10.06.2020 12:31     Sosreaksiya     1499

Millət vəkili Vahid Əhmədov adına açılan saxta profillərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etdi.
 
Bu barədə Reaksiya.az -a məlumat verən millət vəkili bildirib ki, son günlər “Facebook” sosial şəbəkəsində Vahid Əhmədov adı ilə saxta profillər açılaraq dövlətçiliyimizə qarşı şəxsimin ifadə etmədiyi fikirlərdən ibarət statuslar paylaşılır. Millət vəkili bu profillərin ona aid olmadığını və bu için araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət etdiyini bildirib.
 
 
Həmcinin Vahid Əhmədov bildirib ki, o ümumiyyətlə sosial şəbəkələrdən istifadə etmir və heç bir profili yoxdur.
 
 
Qeyd edək ki, belə profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
 
 

Şərhlər