Vidadi Zeynalov Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti şərh etdi
10.06.2020 14:35 Sosreaksiya 730
"Azərbaycan vətəndaşları Rusiya Federasiyasının bütün bölgələrindən Dağıstana gəlməyə davam edir".
Bu barədə “Report”un Rusiya bürosuna Dərbənd Şəhər Administrasiyası rəhbərinin müavini Vidadi Zeynalov Rusiya-Azərbaycan sərhədindəki vəziyyəti şərh edərkən bildirib.
“Hazırda Azərbaycan vətəndaşlarının olduğu çadır şəhərciyi Dərbənd və Məhərrəmkənd rayonlarının qovşağında yerləşir. Dərbənd şəhəri bir ara onları qismən qida, gigiyena məhsulları ilə təmin etməyə çalışdı. Həmçinin müxtəlif messenatlar, şəhər sakinləri də çox kömək etdilər. Düşərgədə Dağıstan Respublikasının Fövqəladə Hallar Nazirliyinin postu yaradılıb. Nazirlik əməkdaşları orada baş verənləri diqqətlə izləyir. Ən etibarlı məlumatlar onlardadır.
Başa düşürəm ki, Azərbaycan vətəndaşlarının bir çoxu həftələrdir oradadır və çox yorulublar. Lakin Dərbənd bələdiyyəsi sərhədi keçən vətəndaşların siyahısını tərtib etmir. Bununla məşğul olan müvafiq strukturlar var. Kimisə siyahıya salmaq və ya siyahıdan çıxarmaq səlahiyyətimiz yoxdur”, - o deyib.
V.Zeynalov sərhədi keçənlərin sayının məhdud olduğunu vurğulayıb: “Rusiya Federasiyasının bütün bölgələrindən olan Azərbaycan vətəndaşlarının Dağıstana gəlməyə davam etdirməsi səbəbindən vəziyyət daha da gərginləşir. Sərhədi keçmə rejimi bizim tərəfimizdən tənzimlənmir. Bu, federal səviyyədə həll olunur. Buraxılış rejiminin fəaliyyəti yalnız ikitərəfli dövlətlərarası əsasda həyata keçirilir”.
“Öz növbəsində Azərbaycan öz vətəndaşlarını karantinə yerləşdirilmək üçün ayrılan məkanlarda boş yerlər olduqca qəbul edir. Deməli, insanları yer olduqca sərhəddən buracaqlar. Bu baxımdan mənə elə gəlir ki, Azərbaycan hamını bir anda qəbul edə bilməz. Hazırda sərhəddə 500-dən çox adam var”, - Dərbənd administrasiyası rəhbərinin müavini fikirlərini tamamlayıb.
Xatırladaq ki, iyunun 9-da daha 130 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə ölkəmizə təxliyə olunub.
Şərhlər