Bu istiqamətdə yol hissə-hissə məhdudlaşdırılacaq

11.06.2020 12:04     Sosreaksiya     1334

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “20 Yanvar” – “Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda “Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin(AAYDA) məlumatında  bildirilib.

Aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Reaksiya.az

Şərhlər