Əməkdar artist: “Polisə sataşsaq, bizi döyməyə haqqı var”

11.06.2020 12:23     Sosreaksiya     1466

“İki gün küçəyə çıxmaq qadağan olundu. İnsanlar eyvandan polislərə zibil atdılar. Gərək hər kəs birinci növbədə özünə hörmət etsin ki, sonra ətrafına hörmət etsin. Polislər də bizim qardaşlarımızdır, bizi qoruyan insanlardır. Polis səni haqsız olaraq evdən döyüb niyə çıxarmalıdır? Deməli, nəsə problem yaranıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əməkdar artist Çingiz Əhmədov “İctimai Televiziya”da yayımlanan “3D” sosial-ictimai proqramında qonaq olarkən deyib.

Verilişin virtual aparıcısı Dadaş Dadaşlinskinin “Polis nə zaman döyəndə haqlı olur?” sualına sənətkar müzakirələrə səbəb olacaq cavab verib:

 

“Polisə sataşandan, artıq- əksik danışandan sonra... Biri mən - küçədə kimsə söz desə, cavabını verəcəyəm. Bir az diqqətli olmaq lazımdır. Hər kəs sözünə, məntiqinə fikir versə, belə şeylər yaranmaz”.

Qeyd edək ki, son günlər Əməkdar artist Ç.Əhmədovun adı qalmaqalda hallanır. O, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının rəhbəri Əliqismət Lalayevin ünvanına sərt ittihamlar səsləndirib.

Sənətkar indiyə kimi aldığı bütün mükafatlardan, eləcə də 2012-ci ildə “Əməkdar artist” fəxri adına layiq görülməsindən teatrın rəhbəri Ə.Lalayevin xəbəri olmadığını vurğulayaraq, “Səninlə kəllə-kəlləyə gələcəyəm. Əl çəkməyəcəyəm. Teatrda aktyorların qanını içirsən. Aktyor bir gün işə gecikəndə, onun maaşından 30 manat pul tutur. Həmin 30 manatları yığıb, cibinə qoyur” deyib və qarşı tərəfi günahlandırıb.

Reaksiya.az

Şərhlər