Azərbaycan Qran-prisi ləğv olundu - RƏSMİ
12.06.2020 12:15 Sosreaksiya 1527
"Böyük təəssüf hissi ilə bildiririk ki, COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran Prisi 2020 ləğv olunur."
Musavat.com-un məlumatına görə, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin yaydığı açıqlamada bildirilir.
"Sevimli yarışımızın 2020-ci ildə baş tutması üçün hər fürsəti araşdırdıq, lakin bütün səylərimizə baxmayaraq bunun mümkün olmayacağını anladıq. Azərbaycan xalqının, dəyərli Formula 1 azarkeşlərinin, həmçinin Formula 1 əməkdaşlarının sağlamlığı və təhlükəsizliyi naminə bu qərarı verməli olduq", - deyə bəyanatda vurğulanıb.
Bilet sahibləri biletlərin qaytarılması ilə bağlı ətraflı məlumatı bu keçiddən öyrənə bilərlər: https://bit.ly/3gIwDPg
Hər hansı bir sual yarandıqda isə BŞH komandası kömək etməyə hazır olduğunu bəyan edib: "Bizə email vasitəsi və ya sosial media kanallarından yaza bilərsiniz.
2021-ci ildə mövsümün ən yaxşı yarışını keçirmək üçün böyük əzmlə çalışmağa davam edəcəyik. Sizi növbəti il, yeni mövsümdə görməyə çox şad olacağıq!"
Şərhlər