Çimərlik mövsümü başladı, ancaq...
12.06.2020 12:20 Sosreaksiya 1330
Havaların kəskin istiləşməsi ilə çimərlik mövsümü başlasa da, pandemiya səbəbindən dəniz sahilləri boşdur.
Axar.az xəbər verir ki, isti yay günlərində sərinləmək istəyənlər əsasən dənizə üz tuturdu. Ancaq bu il dəniz sahillərində fərqli mənzərə var. Xəzər dənizi boyu ard-arda düzülmüş çimərlik mərkəzləri bomboşdur. Gün ərzində mərkəzlərə istirahət üçün barmaqla sayılacaq qədər insan gəlir.
Ancaq dəniz sahilində tibbi maskadan istifadə edən yoxdur.
Hazırda çimərlik sahillərinə polis əməkdaşları da nəzarət edir.
Mərdəkanda yerləşən istirahət mərkəzlərindən birinin sahibi də bunu təsdiqləyib. O bildirib ki, ən isti günlərdə belə çox az insan dənizə sahilinə istirahətə gəlir:
“Dəniz sahilləri adətən həftə sonları dolub-daşırdı. Mövsüm başlayandan həftə sonları iki günlük karantin rejimi elan edildiyi üçün mərkəzlərimiz də işləmir. Həftə içi isə həm hamı işdə olur, həm də pandemiya səbəbindən yəqin ki, çoxu gəlməyə ehtiyat edir”.
Sahibkar bildirib ki, məsafə saxlamaqla bağlı problem yaranmır:
“Onsuz da dəniz sahilində sıxlıq yaşanmır. Gələnlərin sayı az olduğu üçün sosial məsafə pozulmur. Həm də vəziyyətə polis əməkdaşları nəzarət edir”.
Şərhlər