Daha 150 Azərbaycan vətəndaşı Rusiyadan təxliyə edilib
17.06.2020 14:36 Sosreaksiya 1042
Bu gün “Azərbaycan Hava Yolları” QSC (AZAL) daha 150 Azərbaycan vətəndaşının ölkəyə qayıtmasını təmin etmək üçün Moskvadan Bakıya çarter reysi yerinə yetirib.
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Moskva vaxtı ilə saat 12:00-da havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 16:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.
Qeyd edək ki, dünən 155 Azərbaycan vətəndaşı Dağıstan sərhədindən avtobuslarla Vətənə gətirilib.
Şərhlər