"İnsanlarımız 2 günlük qarın otarmaq üçün rayonlara axışırlar" - Fazil Mustafa
17.06.2020 15:05 Sosreaksiya 4546
Xəbər verdiyimiz kimi iyunun 16-da Azərbaycanda 338 nəfər koronavirusa yoluxub, 4-ü isə nəfər vəfat edib.Son həftələr Azərbaycanda koronavirusa yoluxanların sayı 300-dən çox olur. Artma dinamikası davam etsə, bu həftə Bakıda və rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Fazil Mustafa bildirib ki, Azərbaycanda koronavirusun yayılma ərazisi genişlənir: "İnsanlarımız nizam-intizam qaydalarına riayət etmət istəmir. Təəssüf ki, nizam-intizam qaydalarına əməl edənlər də utanır. Düşünürlər ki, kənardan ona gülürlər. Ona görə də bu virusdan canımızı izolyasiya qaydalarını gücləndirməklə canımızı qurtara bilərik. Bu istiqamətdə dövlət tərəfindən qətiyyətli addımlar atılmalıdır. Artıq xəstəxanalarda yer yoxdur. Xeyli koronavirus xəstələri var ki, onlar artıq evdə müalicə olunurlar. Ona görə bu ağır durumdur. İnsanlarımız bu virusu bir-birinə yoluxdururlar. Təbii ki, bu da ciddi narahatlıq doğuran məsələdir. Düşünürəm ki, bu baxımdan karantin rejimində yenidən sərtləşmələrə gedilə bilər. Bakıdan hamı rayonlara axın edir. Biz də rayonlara gedə bilərik. Özümüzü və yaxınlarımızı qorumaq üçün qoyulan qaydalara riayət edirik. İnsanlarımız 2 günlük qarın otarmaq üçün rayonlara axışırlar. Bu qədər intizamsız cəmiyyət tapmaq çox çətindir. Sözün düzünü də deyəndə narazı qalırlar, o saat insan haqlarından danışırlar. İnsan haqqıbaşqasının haqqına girməməkdir. Kimisə bu virusa yoluxdurub, onu bədbəxt edirsən. Ona görə də düşünürəm ki, yenidən karantin rejimini sərtləşdirilməlidir".
Şərhlər