Kür çayı quruyur - - Neftçala və Salyan rayonlarında vəziyyət acınacaqlıdır
29.06.2020 15:16 Sosreaksiya 8157
Kür çayı quruyur.
Neftçala və Salyan rayonlarında vəziyyət acınacaqlıdır.
Kür və Araz çayından içməli və təsərrüfat suyu olaraq istifadə edənlər suyun çaylardakı səviyyəsinin aşağı olması səbəbindən ciddi problemlərlə üzləşiblər. Bəs niyə ortada vahid bir mexanizm, idarəetmə təşəbbüsü yoxdur?
Azərbaycan vahid əraziyə və bir adama düşən xüsusi çəki müvafiq olaraq Gürcüstandan 7,7 və 8,3, Ermənistandan isə 2,2 və 1,7 dəfə azdır.
Azərbaycanın su ehtiyatlarının idarəolunması ilə bağlı 6 ildir ki, ortada təkliflər olsa da dövlət proqramı qəbul edilməyib. İllərdir ki, mətbuat yazır, eksperlər deyir. Təkliflər hazırlayırıq və hökumətə təqdim edirik. Amma nə faydası. Elektrik enerjisi, təbbi qaz infrastrukturunun yenilənməsi necə həyata keçirildisə, eyni qaydada su təsərrüfatı, əhalinin içməli su təchizatı üçün də anoloji milyardlıq layihələr icra edilməli idi. Oğuz-Qəbələ rayonlarından Bakıya çəkilən içməli su xətti müvafiq olaraq itirilmiş milyardlarla xarakterizə olundu.
Bu xətlə Bakının yalnız 5 faizinin suya olan ehtiyacı ödəndi Məsələn Azərbaycanda istehsal edilən və əhaliyə satılan elektrik enerjisinin verilməsində itkilərin azaldılması üçün çox böyük işlər görüldü. Ötürücü xətlər, stansiyalar yenidən quruldu, kabelləşmə, sayğaclaşma sürətlə həyata keçirildi. Təkcə 2019-cü kildə elektrik enerjisinin itkisinin qarşısı 30 faizə qədər alındı. Eyni qayda təbbi qaz təsərrüfatı ilə bağlı da həyata keçirildi. Amma su istehsalından , istehlakçıya çatana qədər böyük itkilər baş verir. Sovetlər dönəmindən qalan köhnəlmiş borular. Su sərfiyyatına nəzarət edən mexanizmlərin olmaması israfçılıq və itkilərin yaranmasına səbəb olur. Etiraf etmək lazımdır ki, elektrik enerjisi və təbbi qaz təchizatında tariflərin yüksək olması, insanların bu enerjidaşıyıcılarından istifadəsində qənaət etmə vərdişini fornalaşdırıb. Təəssüf ki, bunu su istifadəsi ilə bağlı deyə bilmərik. Təbbi ki, indiki halda suyun vətəndaşa fasiləsiz verilməsini təmin etmədən və ya sadə desək dövlət bu sahəyə milayrdlar ayıraraq yeni infrastruktur qurmadan tarifləri artırmaq çıxış yolu deyl. Tarifləri artırmaqla onsuz da sosial vəziyyəti bəlli səbəblərdən aşağı olan insanların həyat şəraitini bir qədər də ağırlaşdırmaq olmaz. İlk növbədə bu sektora meqa dövlət layihələri üçün investitsiya ayrılmalı, daha sonra isə az da olsa su təriflərini artlırmaq olar. Dövlətin ayrıdığı milyardlıq layihənin geri qayıtması uzun sürə bilər. Tələsməyə lüzum yoxdur. Nə dövlət tələsir, nə də vətəndaş.
Hansı işlər kompleks olaraq icra edilməlidir
- Qafqazın ən böyük çayı Araz qolu ilə birlikdə Kür çayıdır. Bu çayların ümumi resursu 26 kubkilometrdir. Onun da 23 kubkilometri insan resursları tərəfindən istifadə olunur. Kür və Araz çaylarının mənbələri Türkiyədə yerləşir. Kür çayı hövzəsinin 52 faizindən çoxu Azərbaycan, qalan hissəsi qonşu dövlətlərin ərazisindən keçir. Naxçıvandan və Qazax rayonundan Neftçala rayonuna qədər Azərbaycanın kənd və rayonları bu çayların suyu ilə həyatda qalır. Xüsusilə də Mərkəzi Aran rayonları bu çayların suyu hesabına mövcuddur və alternativ su qaynaqları yoxdur.
Bu zaman qeyd etdiyimiz magistral üzrə insanlar Kür və Araz çaylarının suyundan necə istifadə edir, ona diqqət edək. Sovetlər dövründən qalan və çayların üzərində yerləşən suvuran nasos qurğuları ilə kustar üsulla kanallara ötürülür. Kanallar vasitəsilə yolboyu itkilərlə kəndlərə və kənd ətrafı əkin sahələrinə ötürülür. İlk növbədə buradan başlamaq lazımdır. Suvuran nasoslardan çıxan su ya beton kanallar, ya da borular vasitəsilə paylaşdırılmalıdır. Bu zaman həm xərclər azalar, həm də su itkisi azı 50 faiz aşağı düşər. Eyni zamanda hər il milyonlarla manat vəsait ayıraraq kanalların təmizlənməsi üçün vəsaiti də ünvansız yoxa çıxmasının qarşısı alınar. Kür üzərindəki suvuran nasosları yeniləmək, beton və boru kanallarla yaşayış maassıvlərinə ayrı, əkin sahələrinə isə ayrıca xətlər çəkərək mühim bir uğur əldə etmək olar. Bu qədər sadə!
Şərhlər