Ramiz Mehdiyevin çökdürdüyü iqtisadiyyat, ölkədən gedən iş adamları... - VİDEO

26.08.2020 00:24     Sosreaksiya     3736

Reaksiya.az xəbər verir ki, jurnalist Zaur Qəriboğlu bugünki "SOS reaksiya" verilişinin CANLI YAYIM buraxılışında PA-nın keçmiş rəhbəri, hazırda AMEA-nın prezidenti vəzifəsində olan Ramiz Mehdiyevin ölkə iqtisadiyyatına vurdğu zərbələrdən, iş adamlarını şərləyib ölkədən didərgin salmağından danışıb. Daha sonra isə mövzunu keçmiş "Poladtökmə" və "Elektroştamp" zavodlarının direktoru Ramiz Əhmədov və hüquqşünası Vahid Rəsulovla davam edib. Onlar öz çıxışlarında Ramiz Mehdiyevin himayədarlığı ilə Rasim Məmmədovun Nürəddin və Loğman Zülfüqarlı qardaşlarına məxsus olan zavodların zor gücünə əllərindən alınmasından danışıb, zavodların geri qaytarılması üçün dövlət başçısına müraciət ediblər. Qeyd ediblər ki, zavodları geri qayıdarsa, yenidən işə salıb, üç mindən yuxarı işçi qüvvəsi cəlb edərək, ölkə iqtisadiyyatının inkişafında əllərindən gələni edə bilərlər.

"Reaksiya TV"ni izləmək üçün ABUNƏ OL: ►https://www.youtube.com/ReaksiyaTV

Şərhlər