Şəkidə fərdi yaşayış evi yanıb

08.09.2020 20:59     Sosreaksiya     967

Şəki şəhərinin Qoxmuq kəndində Məmməd Qurban oğlu Seyidova məxsus ümumi sahəsi 144 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. 

Reaksiya.az  APA-nın şimal-qərb bürosuna istinadən xəbər verir ki, evə bitişik talvar yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər