Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlandı

08.09.2020 22:11     Sosreaksiya     940

Azərbaycanda pandemiya xəstəxanalarının reanimasiya şöbələrində koronavirusla əlaqədar müalicə alan və süni tənəffüs cihazına qoşulan xəstələrin sayı açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Reaksiya.az-a verilən məlumata görə, hazırda reanimasiya şöbələrində 135 nəfər müalicə alır. Xəstələrdən 12-si süni tənəffüs cihazına qoşulub.

Ölkəmizdə müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2040 nəfərdir.

Şərhlər