Havanın temperaturu yüksələcək

13.08.2015 13:04     Sosreaksiya     2062

Azərbaycanda havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Reaksiya.az saytı APA-ya istinadən xəbər verir ki, Bakı və Abşeron yarımadasında avqustun 14-də hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu, rütubət gecə 70-80, gündüz 30-40 dərəcə olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun 28-29 dərəcə olması gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.

 

Şərhlər