Deputat: "Uşaqpulu bərpa olunmalıdır" - VİDEO
10.09.2020 14:11 Sosreaksiya 641
"Azərbaycanda bank sisteminin vəziyyəti yaxşı deyil. İnsanlar hələ də kreditlə bağlı şikayətlər ünvanlayırlar. Təklif edirəm ki, Milli Məclisdə bank sisteminin vəziyyəti barədə dinləmələr keçirilsin”.
Reaksiya.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
O bildirib ki, əhalinin kreditə çıxış imkanlarında hələ də problemlər qalır. Millət vəkili Rəqabət Məcəlləsinin qəbul olunmasının da vacibliyini vurğulayıb.
Onun fikrincə, Rəqabət Məcəlləsinin qəbulu Azərbaycan iqtisadiyyatında rəqabəti stimullaşdırar və monopoliyanı aradan qaldıra bilər. V.Əhmədov Azərbaycanda "uşaqpulunun” bərpasının zəruri olduğunu da qeyd edib:
"Mən bölgələrə gedirəm, hamı "uşaqpulu”ndan danışır. Bu məsələni birdəfəlik həll etmək lazımdır”.
Şərhlər