Cəlilabada yanğın başladı - 1 ayda 3-cü dəfə

10.09.2020 14:55     Sosreaksiya     793

Cəlilabad rayonunun Fətullaqışlaq kəndi yaxınlığındakı dağlıq ərazidə yenidən yanğın başlayıb.

Reaksiya.az Report-a istinadən xəbər verir ki, son bir ay ərzində qeyd olunan ərazidə üçüncü yanğın hadisəsi qeydə alınır.

Hazırda yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.

İlkin məlumata görə, 1 ha sahədə quru ot və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Şərhlər

Çox oxunanlar