Uşaqlar üçün əyləncə saatı təşkil ediləcək

13.08.2015 13:18     Sosreaksiya     1326

Bu gün Xəzər rayon Mədəniyyət evində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Xəzər Rayon İcra Hakimiyyətinin və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə “Bizim Gücümüz Birliyimizdədir” adlı tədbir keçiriləcək.

Komitədən Reaksiya.az- a verilən məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Gülağa İslamov, yerli icra hakimiyyəti, bələdiyyə və digər strukturların nümayəndələri, İcmada yaşayan, həssas təbəqədən olan ailələr və uşaqlar iştirak edəcək.

Tədbirin əsas məqsədi ailələrin, xüsusilə gənclərin milli-mənəvi ruhda tərbiyəsi, sağlam həyat tərzi, insan alverinə qarşı mübarizə, uşaqların müdafiəsi və zorakılıqdan müdafiəsi üzrə sistemli preventiv tədbirlərin görülməsi və əhalinin məlumatlandırılmasıdır.

Tədbir müddətində eyni zamanda Şüvəlan qəsəbəsindəki “Şüvəlan Park” ticarət və əyləncə mərkəzində olan xüsusi qayğıya ehtiyacı olan və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün əyləncə saatı təşkil ediləcək, həmçinin ailələrə ehtiyyaclarına uyğun hədiyyələr və maarifləndirici materiallar paylanacaq.

Şərhlər